iqna

IQNA

Haqqımızda

Haqqımızda

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam dünyasının Quran-Kərim üzrə ixtsisaslaşdırılmış ilk və yeganə olan ən böyük informasiya portalıdır ki, hicri-qəməri 1424-cü ildə mübarək Ramazan ayının 15-də (2003) fəaliyyətə başlayıb.

İQNA öz işinə hər gün Fars dilində 7 xəbər yaymaqla başlamış, hazırda isə 18 il keçdikdən sonra hər gün 500 xəbər yaymaqla 20 dildə fəaliyyət göstərir və Allahın lütfü və inayəti sayəsində yaydığı xəbərlərin sayı 3 milyonu keçmişdir.

Məqsədlər

1. Cəmiyyətin müxtəlif zümrələri arasında Quran-Kərimin ilahi və insan tərbiyə edən maarifini yaymaq.2. Ölkədə və dünyada Quran üzrə fəaliyyətlər haqqında aktual və yığcam informasiya vermək.3. Müxtəlif sahələrdə Quran mövzularının istehsalı, qeydiyyatı və işıqlandırılması.4. Elmi, mədəni, ideoloji, siyasi, ədəbi, ictimai və digər sahələrdə Quran-Kərim yanaşmalarının yayılması.5. İİR-da movcud Quran fəzasının dünyaya çatdırılması.6. Cəmiyyətin müxtəlif zümrələrinin Quran baxımından agahlıqlarının artırılması.7. Daxildə və xaricdə Quran fəaliyyətləri və proqramlarına uyğun təcrübə və meyarların mübadiləsi.8. Quran-Kərim əsasında müxtəlif sahələrdə düşüncə və mədəniyyət cərəyanlarının yaradılması.

Mühüm fəaliyyətlər

İQNA-nın fəaliyyətləri bir neçə prinsip üzərində qurulub: Çeşidli informasiya xidmətlərində müxtəlif xəbər və söhbətlərin gündəlik istehsalı. Şəxsiyyətlər, mütəxəssislər, məsulların iştirakı ilə dəyirmi masaların təşkili. İQNA-nın xəbər-təhlil materiallarının hazırlanıb iki həftədən bir "Rayihə” adı altında bir məcmuədə nəşri. Quran olayları və proqramları, daxili və xarici xəbər şəbəkələrinin tam əhatəsi. Xüsusi konfransların keçirilməsi İQNA-nın proqramlarındandır. Bu tədbir xəbər istehsalına mütəxəssislərin analitik müzakirə süjetlərinin əlavəsi ilə baş tutur. Fəxri müxbirlər xidməti bu Quran məcmuəsinin digər bir bölməsidir. Dünyanın müxtəlif nöqtələrində fəaliyyət göstərən fəxri müxbirlər ardıcıl, gündəlik olaraq xəbər istehsal edir. Bu bölmənin iftixarlarından biri Böyük Rəhbər, hazırkı və sabiq prezidentlər, dövlət rəsmilərinin də ona üzv olmasıdır. Rayihə xüsusi nəşrinin çapı İQNA-nın yazılı fəaliyyətlərindəndir. Bu nəşriyyə İQNA-nın müxtəlif xidmətlərində hazırlanmış informasiyaların xəzinəsi sayıla bilər. Mövzuların sadə dillə, yazılı şəkildə təqdimi bir növ mənəviyyat dünyasına pəncərə açır. Ümid edirik ki, Allah-Taalanın xüsusi lütfü sayəsində bu ilahi məqsədimizə çatacağıq.

İQNA-nın dilləri:

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) hal-hazırda Quran xəbərlərini dünyanın 19 canlı dilində, o cümlədən Fars, Ərəb, İngilis, Fransa, Urdu, İtaliyan, Çin, Rus, İspan, Benqal, Husayi, Pəştu, Hindi, Türk, Səvahili, Azəri, İndoneziya, Filippin, Alman və Malay dillərində, yayır. Bu dillərdə hazırlanmış xəbərlər hər gün agentliyin internet səhifəsində yayımlanır.

IQNA İİR-nın daxilində və dünyanın müxtəlif ölkələrində, o cümlədən Qərbi Asiya, Şərqi Asiya, Mərkəzi Asiya, Avropa, Amerika və Afrikada şöbələr yaratmışdır.  
 

2- Xarici regionlar:

Qərbi Asiya regionu

Şərqi Asiya regionu

Mərkəzi Asiya regionu

Avropa regionu

Afrika regionu

Amerika regionu