IQNA

ABŞ və NATO ölkələrinin əli ilə milyonlarla müsəlman qətliam və soyqırım olundular

23:38 - August 23, 2015
Xəbər sayı: 3350578
Beynəlxalq şöbə: Qərbin və Avropanın Orta Şərq əleyhinə yaratdıqları modern müharibə və savaşlarda ən azı 4 milyon insan öz həyatını itirmişdir, bu hadisələrdə ölənlərin ən çoxunu müsəlmanlat təşkil edir, fikrinizcə daha münsifanə olmazmı ki, Amerika və müttəfiqlərindən soruşaq: "bu, "müsəlman soyqırımı" deyilmi?"


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Global Research" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, indiyədək dünyaya məlum deyil və şayəd bundan sonra da məlum olmayacaq ki, Qərbin və Avropanın Orta Şərq əleyhinə yaratdıqları modern müharibə və savaşlarda neçə milyon insan öz həyatını itirmişdir. Amma demək olar ki, ABŞ və NATO – nun başlatdığı müharibələrdə və keşməkeşlərdə ən azı 4 milyon nəfər insan həlak olmuşdur. Məsələn "ictimai məsuliyyətlər üçün həkimlər təşkilatı"nın verdiyi hesabatda deyilir ki, İraqda ən azı 2 milyon insan öldürülmüşdür. İraq, Suriya, Sudan, Livan, Liviya, Misr, Fələstin, Pakistan, Əfqanıstan, Miyanmar, Sumali, Bəhreyn və s... müsəlman ölkələrində baş verən hadisələri nəzərə alsaq görəcəyik ki, bu hadisələrdə ölənlərin ən çoxunu müsəlmanlat təşkil edir, fikrinizcə daha münsifanə olmazmı ki, Amerika və müttəfiqlərindən soruşaq: "bu, "müsəlman soyqırımı" deyilmi?"



Qeyd edək ki,"soyqırım" sözü ilk dəfə 1943 – cü ildə Polşada yəhudi bir vəkil tərəfindən səsləndirilib. 1946 – cı ildə isə beynəlxalq qanunlarda istifadə olunmağa başlayıb. "Soyqırım" sözü təkcə insanları öldürməyə deyil, bəlkə insan həyatı üçün zəruri olan və insanların ilkin ehtiyaclarını təmin edən bir sıra geniş ictimai fəaliyyətlərin qarşısının alınmasına və insanların təbii mənbələrdən məhrum edilməsinə də deyilir.



İndi siz deyin: Son illərdə müsəlmanlar əleyhinə aparılan siyasətlər, xüsusilə də Orta Şəqrdə baş verənlər müsəlmanlara qarşı "soyqırım" deyildirmi?





3350363

Teqlər: abş ، NATO ، müharibə ، orta şərq
captcha