IQNA

Məzari-Şərifdə ən böyük şiə məscidində partlayış olub

21:37 - April 22, 2022
Xəbər sayı: 3492110
Əfqanıstanın Məzari-Şərif şəhərindəki ən böyük şiə məscidində törədilən partlayışda onlarla insan ölüb və yaralanıb.

"İQNA", "Ava Press"-ə istinadən xəbər verir ki, Partlayış mayın 1-də Məzari-Şərifdəki "Se Dükkan" məscidində günorta namazı zamanı baş verib. Yerli əhalinin və hadisə şahidlərinin verdiyi məlumata görə, insident zamanı 50-dən çox insan yaralanıb. Onların hamısı namaz qılanlar olub.

Yaralılar Bəlxdəki Əbu Əli Sina xəstəxanasına çatdırılıb və ölənlərin sayı artmaqdadır.

Bəlxdəki Əbu Əli Sina xəstəxanasının direktoru Qosuddin Ənvəri çoxlu sayda yaralının xəstəxanaya aparıldığını bildirib. Xəsarət alanların dəqiq sayı daha sonra açıqlanacaq.

İŞİD Məzari-Şərifdəki "Se Dükkan"  məscidinə hücumun 100-dən çox insanın ölümünə səbəb olduğunu iddia edərək, məsuliyyəti üzərinə götürüb.

kod

4051485

captcha