IQNA

Ramazanda 50 min nüsxə Quran və 2 milyon litr zəmzəm suyu paylanılıb

14:01 - May 02, 2022
Xəbər sayı: 3492164
Səudiyyə rəsmiləri bildiriblər ki, müqəddəs Ramazan ayında zəvvarlara 50 min nüsxə Quran verilib və bu ayın gecələrində Qurani-Kərimi xətm etmə mərasimində iştirak edənlər arasında 2 milyon litr zəmzəm suyu paylanıb.

İQNA, "Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Məscidül-həramın və Məscidün-Nəbinin Baş Müdirliyinin hidayət işləri şöbəsinə nəzarət edən Səudiyyə Ərəbistanında Quran kopirayteri şöbəsinin müdiri Həmzə ibn İbrahim əl-Salimi deyib: "Hər zəvvar üçün bir mushəf" proqramı çərçivəsində Ramazan ayının əvvəlindən bu ayın 29-dək Məscidül-həramın zəvvarlarına 50000-dən çox Quran nüsxəsi hədiyyə edilib.

Məscidül-Həram və Məscidün-Nəbi Ümumi Müdirliyinə bağlı Səqiyyə Zəmzəm Vəqfi də mübarək Ramazan ayının gecələrində və Qurani-Kərimi xətm etmə mərasimində zəvvarlara 2 milyon litr zəmzəm suyunun paylandığını açıqlayıb.

4054021

captcha