"İQNA", "About İslam"-a istinadən xəbər verir ki, Təxminən 40 il əvvəl bir qrup britaniyalı müsəlman həkim və fəal 1984-cü ildə İslami Yardım Xeyriyyə Fondunu təsis etdilər. Onlar daha xeyirxah və daha ədalətli bir dünya arzusu ilə ümumi məqsəd üçün birləşdilər.
Bu İslam təşkilatı Twitter hesabında yazıb: "Bu gün İslam Xeyriyyə Təşkilatının 38-ci ildönümüdür. Biz ən zəif insanlara dəstək olmaq üçün yaradılmışıq. 40-dan çox ölkədə dəyişikliklərə kömək etməklə, dəstəkləməklə və milyonlarla insanın həyatını xilas etməklə biz aparıcı beynəlxalq xeyriyyə təşkilatına çevrilmişik. Dəstəyiniz üçün təşəkkür edirik. Ötən illər ərzində islami yardım təşkilatı cinsindən, dinindən və irqindən asılı olmayaraq ehtiyacı olan hər kəsə kömək etmişdir."
4029858